Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı özüldə yanğının söndürülməsi və axtarış işlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı özüldə yanğının söndürülməsi və axtarış işlərini davam etdirir
11:05 11 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsinə çalışır, 4 helikopteri və “B-200ÇS” təyyarəsi isə itkin düşənlərin axtarışını həyata keçirir. Həmçinin nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR