"Ermənistanı başqa variantla yola gətirmək mümkün deyil"

"Ermənistanı başqa variantla yola gətirmək mümkün deyil"
11:05 11 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ilin başa çatmasına iki həftə vaxt qalıb. Amma Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı hələ müəyyənləşməyib. Azərbaycanın mövqeyi bəllidir. Xarici işlər naziri E.Məmmədyarov həmsədrlərin tərəflərə təklif təqdim etdiyini bildirdi.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, E.Məmmədyarovun bu fikirləri həmsədr ölkə nümayəndə heyətləri başçılarının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Belqrad bəyannaməsində təsdiqini tapıb: "Həmsədrlərin verdiyi təklifin müəllifi isə RF-dir. Azərbaycan bu təklif əsasında sənədin hazırlanmasının və prezidentlərin görüşü zamanı imzalanmasının tərəfdarıdır. Ermənistan prezidenti həmsədrlərin iradəsinin əleyhinə olaraq prezidentlərin görüşünü dekabrın sonundan noyabrın sonuna və ya dekabrın əvvəlinə çəkmək istədi. Həmsədrlərin iş qrafikini pozmaqla S.Sərkisyan prezidentlərin görüşünü simvolik görüşə çevirmək istəyirdi. Bu, əslində falstart idi. Baş tutmamalı idi və baş tutmadı. Həmsədrlərin dekabrın sonuna təyin etdikləri görüş qüvvədə qaldı".

M.Əhmədoğlu deyib ki, dekabrın 2-də Belqradda həmsədr ölkə nümayəndə heyəti başçılarının imzaladığı bəyanatda da prezidentlərin məhz dekabrın sonundakı görüşü dəstəklənir: "Beləliklə, prezidentlərin görüşünə Azərbaycan və Ermənistanın mövqeyi fərqlidir. Azərbaycan effektiv və nəticəli görüş istəyir. Ermənistan prezidentlərin görüşünün əleyhinədir. S.Sərkisyana görə prezidentlərin görüşü baş tutarsa, sənəd imzalanmamalıdır. Görüş baş tutarsa, o, azərbaycanlı girovlarla erməni hərbi cinayətkarın dəyişilməsi ilə nəticələnməlidir. Hər şey ATƏT MQ-dən asılıdır. RF prezidentinə əlavə müraciət olunmasına ehtiyac var. Ermənistanı başqa variantla yola gətirmək mümkün deyil".

Politoloq qeyd edib ki, 2014-cü ilin sentyabrında V.Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirərkən Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində xüsusi statusa malik olması barədə təklif irəli sürdü: "Ermənistan prezidenti V.Putinin bu təklifini rədd etdi. O zaman S.Sərkisyan bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu ən yaxşı vasitəçidir və bu qurum Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olmalıdır. RF xarici işlər naziri S.Lavrov elə etdi ki, V.Putinin təkliflərini digər həmsədr ölkələr də dəstəklədi. Beləliklə, Ermənistan prizmasından baxdıqda orijinal vəziyyət yaranıb. Ermənistan ATƏT MQ-yə görə Rusiyaya "yox" cavabı verdi. ATƏT MQ isə Rusiyanın təklifini dəstəkləyir. Ermənistanın imtina etməyə heç bir bəhanəsi qalmayıb.

Yaranmış vəziyyət ATƏT MQ-nin obyektivliyi üçün də növbəti testdir. ATƏT MQ-nin dinc yolla tənzimlənməyə sadiqliyi ciddi şübhə altına düşə bilər. ATƏT MQ Ermənistan prezidenti S.Sərkisyanın prezidentlərin görüşünü pozmaq oyununa gedəcəksə, vasitəçilik tarixində ən şərəfsiz vasitəçilik olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR