İstifadəçilərin üçdə ikisi məlumat sızmasına yol verən şirkətlərin xidmətlərindən yararlanmayacaq

İstifadəçilərin üçdə ikisi məlumat sızmasına yol verən şirkətlərin xidmətlərindən yararlanmayacaq
11:07 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Məlumatların təhlükəsizliyi ilə məşğul olan “Gemalto” şirkətinin qlobal tədqiqatına görə, istifadəçilərin 64 faizi məlumat sızmasına yol verən şirkətin xidmətlərindən imtina edəcək.
 
Tədqiqat çərçivəsində Avstraliya, Braziliya, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və ABŞ-da 5700 istifadəçinin rəyi öyrənilib. Rəyi soruşulanlar ilk növbədə bu və ya digər şirkətin məlumat sızması baş verəcəyi halda ələ keçiriləcək maliyyə informasiyasına görə narahatdırlar. Həmçinin fərdi məlumatların oğurlanması narahatlıq doğurur.
 
Tədqiqatın nəticələri hazırda xüsusilə aktualdır. Belə ki, bayramlar ərəfəsində alıcıların çoxu alış-veriş etməyə çalışır. Tədqiqatın nəticələrinə görə, hər üçüncü respondent bayram dövrünü fərdi məlumatların təhlükəsizliyi baxımından ən təhlükəli dövr hesab edir, - “www.gazeta.ru” yazır. 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR