Ginnesin Rekordlar kitabına düşən pəhləvan oğru çıxdı (VİDEO)

Ginnesin Rekordlar kitabına düşən pəhləvan oğru çıxdı (VİDEO)
11:11 11 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Adını rekordlar kitabına saldıran şəxs oğru çıxdı. Moskvada oğurluqda ittiham edilərək saxlanılanlardan biri Ginnesin rekordlar kitabının qəhrəmanı çıxıb.

ANS PRESS-in verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində, müxtəlif evlərdən bahalı saatlar, zinət əşyaları oğurlamaqda şübhəli bilinən 3 nəfər həbs olunub.

Belə ki, eyni istiqamətdə evlərin ardıcıl olaraq yarılması Moskva polisini hərəkətə keçirib. Ev yiyəsinin işdə olmasında istifadə edən oğrular qapının qıfılını qıraraq mənzilə daxil olub. Evdə olan bütün qiymətli əşyaları ələ keçirən oğrular, ev sahibinə 1 miliyon rubl zərər verərək, evi tərk ediblər.

Polis hadisədə şübhəli bilinən 3 nəfəri saxlayıb, onlar haqqında araşdırma başladılıb. Araşdırmanın nəticəsində saxlanılan Gürcüstan vətəndaşının rekordmen olduğu bəlli olub.



Bu 25 yaşlı Cemal Tkeşelaşvilidir. Pəhləvan görkəmli gürcü güclü ağ ciyərləri sayəsində "qrelkaları" (içinə qaynar su doldurulan rezin kisə) ağzı ilə şişirdərək diqqətini cəlb edib. Sonra o, bir qədərdə irəli gedərək "qrelkaları" burnu ilə şişirib və Ginnesin rekordlar kitabına düşməyi bacarıb.

Tkeşelaşvili 3 rezin qabı 23, 16 və 13 saniyədə asanlıqla doldurub.



Çox təssüf ki, bütün bu uğurlarını keçmişdə qoyan rekordçunu oğurluq cinayəti səbəbilə uzun müddət həbsxana həyatı gözləyir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR