Alma pəhrizi ilə bağırsaqların təmizlənməsi

Alma pəhrizi ilə bağırsaqların təmizlənməsi
11:12 11 Dekabr 2015
171 Sosial
Ölkə mətbuatı
A- A+

Müasir insanların əksəriyyətinin düzgün qidalanmaması, təmiz su içməməsi, azhərəkətli həyat sürməsi, tez-tez streslərə məruz qalması onların bağırsaqlarının funksiyasına çox mənfi təsir edir. Bağırsaqların pis boşalması, orada toksinlərin, şlakların, nəcis daşların yığılması orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Bu xroniki intoksikasiya isə orqanizmin bir çox orqan və sistemlərində (ürək-damar, sinir sistemi, dəri və s.) pozulmaların inkişafına təkan verir.

Milli.Az sağlamolun.az-a istinadən 1 günlük alma pəhrizini təqdim edir.

Bu pəhrizin köməyi ilə siz bağırsaqları yaxşı təmizləyə bilərsiniz. Alma qidalı liflər və pektinlərlə zəngindir ki, bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələrin çıxmasını sürətləndirir. Pəhrizdən ayda 2-3 dəfə istifadə etmək olar. Bu həmçinin bədən çəkisinin azalmasına kömək edəcək.
Pəhriz günündən 1 gün əvvəl və 1 gün sonra daha yüngül qidaları qəbul edin, çoxlu təmiz su için. Şam yeməyiniz tərəvəz salatından ibarət olmalıdır.
Pəhriz günü səhər acqarına 1 stəkan ilıq su için və 30 dəqiqədən sonra 2 alma yeyin.
Gün ərzində siz 2 kq alma yeməlisiniz və 2 l təmiz su içməlisiniz. Turş alma sortlarına üstünlük verin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/389430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR