Klaublarımız Avropa Liqasının qrup mərhələsində nə qədər qazanıb?

Klaublarımız Avropa Liqasının qrup mərhələsində nə qədər qazanıb?
11:14 11 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

 

"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirdikləri oyunların nəticələrinə görə UEFA tərəfindən alacaqları pulun məbləği açıqlanıb.

 

Lent.az-ın korner.az-a istinadən məlumatına görə, iki təmsilçimiz birlikdə 720 min avro avro əldə edəcək.

 

Bu məbləğin 480 min avrosu "Qarabağ"ın payına düşür. "Köhlən atlar" qrup mərhələsi çərçivəsində "Anderlext" üzərində qazandığı qələbəyə görə 360 min, "Monako" ilə heç-heçəyə görə isə 120 min avro qazanıb. Aktivində 2 heç-heçəsi olan "Qəbələ"nin hesabına isə UEFA 240 min avro köçürəcək.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR