Leyla Əliyeva Bakının əsas yolkası ilə (FOTO)

Leyla Əliyeva Bakının əsas yolkası ilə (FOTO)
11:21 30 Dekabr 2014
99 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva yeni fotolar paylaşıb.

ANS PRESS-in məlumatına görə, həmin fotolar Leyla Əliyevanın adına olan “İnstagram” səhifəsində paylaşılıb.

Sosial şəbəkədəki fotolarda yeni ilə az bir müddət qalmış şəhərin bayrama hazır olduğu görünür.

Həmin fotolarda şəhərdə bayram üçün bəzədilən ağacı, sakinlər üçün təşkil olunan işıq lazer şousu əks olunub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən işıq lazer şousu dekabr ayının 22-dən başlayıb. Şou yanvarın 10-a kimi davam edəcək. Möhtəşəm yenilik axşam saat 18:00-dan gecə 02:00-dək davam edir.

Yeni il günü isə sakinləri möhtəşəm atəşfəşanlıq gözləyir.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR