MDB ölkələrinin səfirləri və hərbi attaşelər Azərbaycanın ümummilli liderinin xatirəsini yad edib

MDB ölkələrinin səfirləri və hərbi attaşelər Azərbaycanın ümummilli liderinin xatirəsini yad edib
11:36 11 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv-ölkələrin Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiyalarının başçıları və hərbi attaşeləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib.
"Report" xəbər verir ki, ulu öndərin dünyasını dəyişməsinin 12-ci ildönümü ilə əlaqədar MDB ölkələrinin səfirləri və hərbi attaşelər Fəxri Xiyabanı ziyarət edərək, ümummilli liderin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
MDB ölkələrinin səfirləri və hərbi attaşelər eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı önünə də gül dəstəsi qoyub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/mdb-olkelerinin-sefirleri-ve-herbi-attaseler-azerbaycanin-umummilli-liderinin-xatiresini-yad-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR