Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

11:44 11 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 12 il ötür.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin vəfatının on ikinci ildönümü ilə əlaqədar dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabana gələrək Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_Azerbaycan_Partiyasinin_numayendeleri_Fexri_xiyabanda_umummilli_lider_Heyder_Aliyevin_mezarini_ziyaret_edibler-910279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR