"Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının baş rol qəhrəmanları Deniz Çakır və Oktay Kaynarca restoranlardan birində görüntüləniblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, son vaxtlar çəkiliş meydançasından kənarda tez-tez bir yerdə görünün ikilinin sevgili olduğu deyilir.
Məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırmayan cütlük bir-birlərini öpərək ayrı taksilərlə oranı tərk ediblər. D.Çakır avtomobilə oturan kimi iştirak edəcəyi yeni teatr tamaşasının ssenarisini oxumağa başlayıb.