Mədət Quliyev: MTN-də ixtisarlar davam edəcək

Mədət Quliyev: MTN-də ixtisarlar davam edəcək
12:01 11 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

"Milli Təhlükəsiz Nazirliyində ixtisarlar davam edəcək". Bu barədə açıqlamanı milli təhlükəsiz naziri səlahiyyətlərini icra edən, birinci müavin Mədət Quliyev verib.

O, deyib ki, hələlik MTN-də boşalan vakansiyalara təyinatlar olmayıb: “Əksinə, biz fikirləşirik ki, nazirlikdə ixtisarlar davam edəcək. Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır".

M.Quliyev bildirib ki, işlədiyi müddətdə 250-dən artıq yararsız əməkdaşın MTN-dən xaric olunub. MTN-ə bağlı aparılan istintaq üzrə Respublika Prokurorluğunda cinayət işi qaldırılıb və davam etdirilir. "Adı cinayət işində keçənlər cinayət məsuliyyətinə cəlb edilərək həbs olunur. Bu iş davam etdirilir. Cinayət etmiş şəxs layiqincə qanun qarşısında cavab verəcək".

Nazir müavinid deyib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR