“Formula-1” üzrə Avropa Qran-pri yarışları ilə bağlı Xaqani, Bülbül və Puşkin küçələrində təmir işləri gedir

“Formula-1” üzrə Avropa Qran-pri yarışları ilə bağlı Xaqani, Bülbül və Puşkin küçələrində təmir işləri gedir
12:03 11 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
2016-cı ildə Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışları ilə bağlı Azərbaycanın “AzVirt” MMC şirkəti tərəfindən bəzi küçə və prospektlərdə təmir işləri aparılır. Hazırda Xaqani, Bülbül və Puşkin küçələrində təmir işləri davam etdirilir. Şəhərdə nəqliyyatın hərəkətinin sıxlığı nəzərə alınaraq küçələr təmir işlərinin aparılması üçün hissə-hissə bağlanılır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, "Tilke GmbH" memarlıq bürosunun mütəxəssislərinin hazırladığı bu layihə beynəlxalq standartlara tam uyğundur.
Yarışın keçirilməsi üçün Azadlıq Meydanı, Puşkin, Xaqani, Bülbül, Zərifə Əliyeva, Əziz Əliyev, Qoşa Qala, İstiqlaliyyət, Niyazi küçələri və Neftçilər prospektində asfalt örtüyünün iki lay olmaqla yenilənməsi nəzərdə tutulub.
Ümumilikdə 6 kilometr uzunluğunda tras 8 sağ və 12 sol döngədən ibarətdir.
"Bakı Şəhər Halqası” şirkətinin sifarişi ilə hazırlanan layihədə tras maksimum saatda 340 kilometr sürət üçün nəzərdə tutulub.
Təmir işlərinin 2016-cı ilin may ayında tamamlanması planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_uzre_Avropa_Qran_pri_yarislari_ile_bagli_Xaqani_Bulbul_ve_Puskin_kuchelerinde_temir_isleri_gedir-910295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR