Azərbaycanda avtonəqliyyat vasitələrinin ehtiyat hissələri sertifikatlaşdırılacaq

12:07 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Komitəsi istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyyat hissələrini almamağı tövsiyyə edir.
“Milli sertifikatlaşdırma sistemi haqqında” əsasnaməyə görə, sertifikatlaşdırma işlərinin həyata keçirilməsində əsas məqsəd insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına, mühüm təhlükə yaradan, zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının, satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik, sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakına şərait yaratmaqdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli qərarına əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/dovlet-komitesi-avtoneqliyyat-vasitelerinin-ehtiyat-hisselerini-sertifikatlasdiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR