Baş nazirin müavini: "Mənzil alıb orada yaşamayan məcburi kökçünlərin bir qismi mənzilləri təhvil verib"

12:12 11 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 
Onun sözlərinə görə, mənzil alıb yaşamayan və eyni zamanda onu təhvil verməyənlərlə bağlı isə müvafiq icra hakimiyyətlərinə müraciət edilib: "Onlar mənzilləri boşaldana və ya orada yaşayışı bərpa edənə qədər onların yemək xərcləri və komunal xidmətləri dayandırılıb. Onların sayı 47 mənzildən 150-ə qədərdir. Düzdür, böyük rəqəm deyil. Amma niyə qalmalıdır ki?! Dövlət məcburi köçkünləri ağır vəziyyətdən çıxarmaq üçün belə addım atır. Bir mənzil də boş qala bilməz".

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/bas-nazirin-muavini-menzil-alib-orada-yasamayan-mecburi-kokcunlerin-bir-qismi-menzilleri-tehvil-ve

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR