Məşhur müğənni Rusiyanı "Eurovision"da təmsil edəcək

Məşhur müğənni Rusiyanı "Eurovision"da təmsil edəcək
12:26 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Eurovision 2016” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının adı bəlli olub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yarışmada tanınmış müğənni Sergey Lazarev çıxış edəcək. Bu haqda xəbəri Lazarev sosial şəbəkədə yazıb:

“Dostlar, mayda İsveçrədə baş tutacaq “Eurovision” yarışmasında ölkəmi təmsil edəcəm. Ölkəm adından belə bir yarışmaya qatılmaq mənim üçün şərəfdir. Bu gözəl təcrübə olacaq”.

Sergey yarışmada tanınmış müğənni Filipp Kirkorovun müəllif olduğu mahnını oxuyacaq.

Qeyd dək ki, Rusiya 2008-ci ildə sözügedən müsabiqədə birinci yeri tutmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR