YAP-ın icazəsi olmadan parlament seçkilərində iştirak etmiş üzvlərin partiyadan xaric edilməsi məsələsinə aydınlıq gətirildi

YAP-ın icazəsi olmadan parlament seçkilərində iştirak etmiş üzvlərin partiyadan xaric edilməsi məsələsinə aydınlıq gətirildi
12:28 11 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

YAP-ın icazəsi olmadan parlament seçkilərində iştirak etmiş üzvlərin partiyadan xaric edilməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bu ay ilin yekunları ilə bağlı partiyada toplantı keçiriləcək: "Toplantıda seçkilərin ümumi nəticələrinə qiymət veriləcək. Həm də partiyanın qərarından kənar namizədliklərini irəli sürənlər barədə qərar veriləcək. Belə üzvlərin sayı 53 nəfər idi. Lakin onların 50-si öz namizədliyini geri götürmüşdü, 3 nəfərlə bağlı isə müvafiq rayon təşkilatlarına tapşırıq veriləcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2468320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR