Futbolçunu başından vurdular

Futbolçunu başından vurdular
12:36 11 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Honduras millisinin futbolçusu Arnold Peralta La-Seyba şəhərində güllələnib.

ANS PRESS-in məlumatına görə, 26 yaşlı futbolçuya ticarət mərkəzlərinin birinin avtodayanacağında hücum edilib.

Hücumun səbəbi isə hələ ki, məlum deyil. Honduras millisi və "Olimpiya" klubunun futbolçusu La-Seyba şəhərində tətildə idi.


Arnold Peralta - "Rangers" futbol klubunun şərəfini qoruyarkən

2015-ci ilin əvvəlində Arnold vətəninə dönərək, "Olimpiya" klubu ilə müqavilə imzalayıb. 16 fevral tarixində isə, "Olimpiya" klubunda debüt edib. 13 sentyabrda isə, o "Viktoria" ilə oyunda "Olimpiya" klubunun heyətində ilk qolunu vurub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR