Səfir: Azərbaycanda tikintidə təhlükəsizliyə nəzarət Avropa standartları səviyyəsində olacaq

12:43 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli – Trend:

Bu gün Bakıda Almaniya İnşaat Texnologiyaları İnstitutu ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi arasında memorandum imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimi “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tikintidə Avropa standartlarına keçid üzrə dəstəyin göstərilməsi” tvininq-layihəsinə həsr edilmiş yekun konfrans çərçivəsində baş tutub.

Konfransda çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard qeyd edib ki, son illər Azərbaycanda tikintidə canlanma müşahidə edilir: “Bununla əlaqədar bir sıra problemlər yaranır. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə bu problemlərin aradan qaldırılması üçün layihənin reallaşdırılmasına başlanılıb. İlk növbədə bu layihə qanunvericiliyin təkmilləşdirilərək Avropa standartlarına çatdırılmasını nəzərdə tuturdu”.

Fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov qeyd edib ki, bu layihə Dövlət Agentliyinin inzibati strukturlarının potensialının təkmilləşdirilməsində vacib rol oynadı və çatışmazlıqları aradan qaldırmağa, tikintidə təhlükəsizliyə nəzarətlə bağlı problemləri həll etməyə kömək etdi.

Tvininq-layihənin ümumi dəyəri 900 min avrodur, reallaşdırılma müdddəti isə 19 aydır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR