YAP özbaşına hərəkət edən üzvlər barədə qərar verəcək

YAP özbaşına hərəkət edən üzvlər barədə qərar verəcək
12:52 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

YAP-ın icazəsi olmadan parlament seçkilərində iştirak etmiş üzvlərin partiyadan xaric edilməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, bu ay ilin yekunları ilə bağlı partiyada toplantı keçiriləcək:

"Toplantıda seçkilərin ümumi nəticələrinə qiymət veriləcək. Həm də partiyanın qərarından kənar namizədliklərini irəli sürənlər barədə qərar veriləcək. Belə üzvlərin sayı 53 nəfər idi. Lakin onların 50-si öz namizədliyini geri götürmüşdü, 3 nəfərlə bağlı isə müvafiq rayon təşkilatlarına tapşırıq veriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR