Azərbaycan bu ilin 10 ayında 105 ölkəyə məhsul ixrac edib

Azərbaycan bu ilin 10 ayında 105 ölkəyə məhsul ixrac edib
12:58 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC 
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac edilib, 141 ölkədən isə idxal olunub. Ticarət dövriyyəsinin 9,4 faizi MDB üzvü dövlətləri, 48,1 faizi Avropa İttifaqı ölkələri, 42,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, on ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 21milyard 679,3 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 14 milyard 238,4 milyon dollar, idxalın həcmi 7 milyard 440,9 milyon dollar təşkil edib, nəticədə 6 milyard 797,5 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
Cari ilin 10 ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 1 milyard 324,9 milyon dollar təşkil edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_bu_ilin_10_ayinda_105_olkeye_mehsul_ixrac_edib-910324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR