Azərbaycanda kinoya çəkilən türk aktrisasına 100 min dollarlıq hədiyyə (FOTO)

Azərbaycanda kinoya çəkilən türk aktrisasına 100 min dollarlıq hədiyyə (FOTO)
13:11 11 Dekabr 2015
60 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda da çox sevilən məşhur türk aktrisası Nebahet Çehrəyə kraldan bahalı hədiyyə. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Küveyt kralı aktrisaya 100 min dollarlıq saat bağışlayıb.

Aktrisa oynadığı "Möhtəşəm yüzyıl" serialı sayəsində ərəb dünyasında böyük heyran kütləsi qazanıb. Onların arasında hətta kral, sultan ailəsinin də üzvləri də var.

Aktrisa ötən gün qatıldığı dəvətlərdən birində göz qamaşdıran saatı ilə diqqət çəkib. N.Çehrə adıçəkilən serialdan sonra kralın ailəsinin ona bahalı saat bağışladığını deyib. Qiymətli daşlarla bəzədilən saat "Franck Muller" markasına məxsusdur.





"“Möhtəşəm Yüzyıl"dan sonra ərəb dünyasında bir çox görüş müraciəti oldu. O, zamanda Küveyt kralı və şahzadəsi məni burada ziyarət etdi. Daha sonra Küveytə dəvət edildim. Bu 100 min dollarlıq saatı da orada hədiyyə etdilər".

Türkiyənin ən tanınmış aktrisası azərbaycanlı rejissor Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmində ana obrazını canlandırıb. 20 Yanvar hadisələri əsasında çəkilən filmin təqdimatı bu ilin yanvar ayında Bakıda baş tutub. Təqdimat mərasimində gözəlliyi ilə gənclərə meydan oxuyan aktrisa özü də iştirak edib.

“Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR