SOCAR sosial şəbəkələrdə yazılan bəzi məsələlərə aydınlıq gətirib

13:12 11 Dekabr 2015
10 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu yazılanlara AzTv-də aydınlıq gətirib. O qeyd edib ki, bu məlumatlar yalnışdır.
"Bp şirkəti də rəsmi olaraq bildirib ki, işçiləri platformalardan təxliyə etməyib. Dünya təcrübəsində belə şey yoxdur. Əgər real partlayış təhlükəsi dəqiq bilinmirsə və əgər özülün dayağında qəza vəzyyəti yaranmayıbsa, işçilərin o özüldən çıxarılmasına ehtiyac yoxdur. Dünya təcrübəsində belə hal nəzərdə tutulmayıb. Bayır işləri ilə məşğul olmaq məsələsinə qaldıqda isə bayır işlərinin görülməsinə məhdudiyyət olmalıdır. Bizdə də bu məhdudiyyət qoyulub. Adi məntiqlə bu məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda bizim 8-9 nəfər xəstəmiz var. Onlardan yalnız bir nəfəri Respublika Yanıq Mərkəzindədir. Əgər, Allah etməmiş, həmin vaxt o insanlar bayırda olsaydı, yəni yaşayış blokunda deyil, iş yerində olsaydılar onların 70-80%-i Yanıq Mərkəzində olardılar. Belə hal yoxdur", - N.Quliyev bildirib.
Onun sözlərinə görə, bütün lazımi tədbirlər vaxtında görülüb.
Qayığın keyfiyyətsiz olması, insanların təlim keçməməsi ilə bağlı yazılanlara gəldikdə isə N.Quliyev qeyd edib ki, bununla bağlı mətbuat konfransında jurnalistlərə bir topa protokol təqdim olunub.
O xatırladıb ki, həmin protokollarda özüldə olan insanların dəniz şəraitində təhlükəsizlik qaydalarını öyrənməsi haqda konkret kurs keçmələri, imtahan vermələri və sertifikat almaları qeyd edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/socar-sosial-sebekelerde-yazilan-bezi-meselelere-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR