Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti yanğınsöndürən desantları 10-cu özülə çıxarıb

13:13 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) fasiləsiz olaraq tədbirlərini davam etdirir.
Dekabrın 10-da saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant çıxarılıb. Özülə desant çıxarılan qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 11-də isə saat 9:00-da “Vixr-8” gəmisindən 4 nəfərlik qrup 10-cu özülə desant çıxarılıb.
Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi müddətdə yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_Dovlet_Yangindan_Muhafize_Xidmeti_yanginsonduren_desantlari_10_cu_ozule_chixarib-910329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR