Sumqayıt, 11 dekabr, AZƏRTAC
Sumqayıt şəhər Qara Qarayev adına 1 saylı uşaq musiqi məktəbində general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, 12 saylı uşaq kitabxanası ilə birgə hazırlanmış tədbirdə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub.
Tədbirdə generalın keçdiyi şərəfli həyat yolu haqqında dolğun məlumat verilib. Generalın yubileyinə həsr olunan konsertdə şeirlər söylənilib, musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin və xanəndəlik sinfinin şagirdləri vətənpərvərlik mahnıları ifalar ediblər.