​Şəki sakininin evindən ov tüfəngi və yayılması qadağan olunan dini vəsaitlər aşkar edilib

13:42 11 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunan dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb. Ə.Nəzirov tutulub. 
Faktla əlaqədar cinayət işi başlanılıb.   

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/seki-sakinin-evinden-ov-tufengi-ve-yayilmasi-qadagan-olunan-dini-vesaitler-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR