DİN Nardaranda silah-sursatın aşkarlanması barədə məlumat yayıb

DİN Nardaranda silah-sursatın aşkarlanması barədə məlumat yayıb
13:43 11 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Nardaran qəsəbəsində evdə qumbara və 3,95 qram heroin aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, “F-1” qumbarası və 3,95 qram heroin Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evində aşkarlanıb. Silahı və heroin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Bununla yanaşı polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2468375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR