Məscidlərdə ölən və itkin düşən neftçilərin ruhuna dualar oxunub

Məscidlərdə ölən və itkin düşən neftçilərin ruhuna dualar oxunub
13:46 11 Dekabr 2015
44 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan məscidlərində qılınan cümə namazında "Günəşli” yatağının 10-cu dərin özülündə baş verən qəzada ölən və itkin düşənlərin xatirəsinə dualar oxunub.

Axşam.az-ın Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən məlumatına görə, ölkənin məscidlərində ölənlərin və itkin düşənlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub, yaralılara Allahdan şəfa dilənilib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR