Nardaranlının evindən qumbara tapıldı

Nardaranlının evindən qumbara tapıldı
13:47 11 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsində evdə qumbara və 3,95 qram heroin aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, "F-1" qumbarası və 3,95 qram heroin Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evində aşkarlanıb. Silah və heroin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Bununla yanaşı, polis əməkdaşları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisindən içərisində "AKS" markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/389478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR