Azərbaycanda tibb işçiləri üçün sertifikasiya imtahanının keçirilməsi qaydası dəyişdirildi

Azərbaycanda tibb işçiləri üçün sertifikasiya imtahanının keçirilməsi qaydası dəyişdirildi
13:58 11 Dekabr 2015
93 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda gələn il yanvarın 1-dən tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanı bir mərhələdə aparılacaq.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli 371 nömrəli qərarına əsasən 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçiriləcək. Müsahibə mərhələsi artıq aparılmayacaq. Sertifikasiya imtahanının sualları iki hissəyə (60 test, 5 klinik tapşırıq) bölünür.

İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunur.

İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur.

Klinik tapşırıq səhiyyə mütəxəssislərinin klinik məntiqini, konkret verilmiş halda klinik qərar vermə qabiliyyətini müəyyən etməyə imkan yaradan tapşırıqlardır.

İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunacaqlar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR