Polis Şəkidə silah və dini vəsaitlər müsadirə edib

Polis Şəkidə silah və dini vəsaitlər müsadirə edib
14:03 11 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Şəkidə silah və təbliği qadağan olunan dini vəsaitlər aşkarlanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış keçirilib. Bu zaman müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunan dini ədəbiyyat və 26 ədəd CD disklər aşkar edilərək götürülüb. Ə.Nəzirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2468385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR