Azərbaycan Hərb Tarixi Muzeyinin yaradılmasının 23-cü ildönümü qeyd olunub

14:03 11 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Hərb Tarixi Muzeyinin (AHTM) yaradılmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, 2004-cü ildə yeni binaya köçən muzeyin açıq səma altında ekspozisiyası yaradılıb. Burada quru qoşunlarının, hərbi hava və dəniz qüvvələrinin, eləcə də hava hücumundan müdafiə texnikaları təqdim olunur. Muzeyin daxili ekspozisiyanı hazırlamaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun, Bakı Dövlət Universitetinin və başqa müəssisələrin alimləri ilə əlaqələr qurulub. Nəticədə ölkəmizin hərb tarixi xronologiyasının ardıcıllıqla təqdiminə nail olunub. Həmçinin başqa muzeylərin təcrübəsi də diqqətlə öyrənilib. Muzeyin əməkdaşları Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibələrinin veteranları ilə görüşərək qiymətli eksponatlar əldə ediblər. Hazırda muzeydə açıq səma altında və 6 min eksponatın təqdim olunduğu 12 zaldan ibarət daxili ekspozisiyalar fəaliyyət göstərir.
Muzeyin rəhbəri, istefada olan polkovnik Əzizağa Qənizadə qeyd edib ki, AHTM milli hərb tarixinin öyrənilməsində böyük rol oynayır.
Tədbirdə muzey əməkdaşlarının builki fəaliyyətindən, o cümlədən Azərbaycanın görkəmli sərkərdələrinə həsr edilən tədbirlərdən və faşızm üzərində qələbədən bəhs edən videoçarx nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Herb_Tarixi_Muzeyinin_yaradilmasinin_23_cu_ildonumu_qeyd_olunub-910350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR