Aerobika gimnastikası üzrə I Azərbaycan Birinciliyi start götürdü (FOTO)

Aerobika gimnastikası üzrə I Azərbaycan Birinciliyi start götürdü (FOTO)
14:08 11 Dekabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 1-ci Azərbaycan Birinciliyi start götürüb.

Trend-in məlumatına görə, turnir 6 gimnastika növü üzrə keçirilir, birincilikdə “Ocaq Sport” klubunu təmsil edən 30-dan artıq gimnast iştirak edir.

Turnir 6-8 yaşlı (yeni başlayanlar) kişi və qadın idmançıların fərdi proqramında, həmçinin qarışıq cütlük və üçlüklərin tərkibində yarışacaq gimnastlar arasında baş tutacaq. 9-11 yaşlı “uşaqlar” fərdi qadın proqramı üzrə çıxışlarını, o cümlədən üçlük və qrup daxilində icra olunan hərəkətləri nümayiş etdirəcəklər. Tamaşaçılar, həmçinin 12-14 yaşlı (yeniyetmələr) idmançıların fərdi çıxışlarının da şahidi olacaqlar.

Mükafatlandırma və bağlanış mərasimlərindən öncə isə nümunəvi çıxışlar və ruhlandırıcı fləşmob keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2468333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR