Aerobika gimnastikası üzrə I Azərbaycan Birinciliyi başlandı - FOTO

Aerobika gimnastikası üzrə I Azərbaycan Birinciliyi başlandı - FOTO
14:17 11 Dekabr 2015
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 1-ci Azərbaycan Birinciliyi start götürüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, turnir 6 gimnastika növü üzrə keçirilir, birincilikdə "Ocaq Sport" klubunu təmsil edən 30-dan artıq gimnast iştirak edir.

Turnir 6-8 yaşlı (yeni başlayanlar) kişi və qadın idmançıların fərdi proqramında, həmçinin qarışıq cütlük və üçlüklərin tərkibində yarışacaq gimnastlar arasında baş tutacaq. 9-11 yaşlı "uşaqlar" fərdi qadın proqramı üzrə çıxışlarını, o cümlədən üçlük və qrup daxilində icra olunan hərəkətləri nümayiş etdirəcəklər. Tamaşaçılar, həmçinin 12-14 yaşlı (yeniyetmələr) idmançıların fərdi çıxışlarının da şahidi olacaqlar.

Mükafatlandırma və bağlanış mərasimlərindən öncə isə nümunəvi çıxışlar və ruhlandırıcı fləşmob keçiriləcək.
 

Milli.Az

























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR