Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə aşkarlanıb

Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə aşkarlanıb
14:17 11 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Lənkəran sakininin evində 500 qrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb. "Report"un məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər sakini 39 yaşlı Əlövsət Ceyhun oğlu Abışov saxlanılıb. Onun üzərində narkotik vasitə olan marixuana aşkarlanıb. 
Ə.Abışovun yaşadığı 20 Yanvar küçəsi 36 saylı mənzilə baxış keçirilərkən, narkotik vasitə hesab edilən 417 qram marixuana maddi sübut kimi götürülüb. Barəsində Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə cinayət işi başlanan Ə.Abışov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub. 
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeran-seher-rayon-polis-sobesi-cinayet-axtaris-bolmesinin-emekdaslari-terefinden-kecirilen-emeliy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR