Türkiyənin 10 şəhərində əməliyyat: 65 nəfəfr həbs edildi

Türkiyənin 10 şəhərində əməliyyat: 65 nəfəfr həbs edildi
14:19 11 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin 10 şəhərində keçirilən “paralel dövlət” əməliyyatı çərçivəsində onlarla şəxsin saxlanmasına qərar verilib.

 

APA-nın DHA-ya istinadən xəbərinə görə, 65 nəfərin saxlanmasına dair qərar qəbul edilib. Həmin şəxslərdən 43 nəfərinin Türkiyə xaricində olduğu müəyyənləşib. Haqqında həbs qərarı verənlərin arasında jurnalist Əkrəm Dumanlı, iş adamı Akın İpək, Fatih Universitetinin rektoru Şərif Ali Tekalan da var.

 

Tutulanlardan 2 nəfərin Ankarada yaxalandığı bildirilir.

 

İzmirdə keçirilən əməliyyatla Ədalət və İnkişaf Partiyasının sabiq millət vəkili İlhan İşbilən də tutulub. Fətulla Gülənə yaxınlığı ilə tanınan İ. İşbilən əmniyyət müdirliyinə aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR