Azərbaycan millisi Belarusa qarşı

Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisi bu gün Belarus yığması ilə qarşılaşacaq.

Xorvatiyanın Osiyek şəhərindəki Dvorana Gradski VRT idman kompleksində saat 20.30-da başlayacaq və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu idarə edəcək hakimlərin adları açıqlanıb: Trayan Ençev (Bolqarıstan), Gerd Bylois (Belçika), Qabor Kovaç (Macarıstan)

Qeyd edək ki, millimiz qrupun ilk oyununda İsveç yığmasını 8:2 hesabı ilə məğlub edib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR