Komitə sədri: "Kommersiya da olsun, amma..."

Komitə sədri: "Kommersiya da olsun, amma..."
14:28 11 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda KİV-lərdə mədəniyyətlə bağlı proqram siyasəti koordinasiya edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda çox sayda radio və televiziyalar var: "Onların hər biri mədəniyyətlə bağlı proqramları, musiqi, ayrı-ayrı şou proqramlarını öz zövqünə, səviyyəsinə, ticarət maraqlarına uyğun şəkildə qurur. Amma burada, təbii ki, onların kommersiya fəaliyyəti ilə məşğul olması da nəzərə alınmalıdır. Bunlar da olsun, amma əvvəlcə milli maraqlar nəzərə alınmalıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR