Milli Kitabxanada Ulu Öndərin xatirəsi yad olunub

14:28 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də M.F Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə təbdir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Kitabxananın direktor müavinləri Gülbəniz Səfərəliyeva və Mələkxanım Hacıyeva Ulu Öndərin çoxşaxəli fəaliyyətindən danışıblar.
Vurğulanıb ki, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilib, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olub.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider bir neçə dəfə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasına gəlib, şəxsi kitabxanasından kitabxanaya xeyli kitab bağışlayıb, kitabxana, kitabxana işi və kitabxanaçı haqqında parlaq nitqlər söyləyib.
Sonda tədbir iştirakçıları “12 dekabr-ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan, rus, ingilis və digər dillərində 200-dən artıq ədəbiyyat nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Kitabxanada_Ulu_Onderin_xatiresi_yad_olunub-910360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR