Şəkidə qış vaxtı Qafqaz gürzəsi tapıldı

Şəkidə qış vaxtı Qafqaz gürzəsi tapıldı
14:34 11 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Maraqlı təbiət hadisələri ilə qarşılaşmağımız adi hala çevrilib. Bu dəfə hər tərəfin qarla örtüldüyü bir vaxtda gürzə ilanın küçədə dolaşması, hər kəsin marağına səbəb olub.

ANS PRESS-in məlumatına görə, Şəkinin Axundov prospektində Milli Qəhrəman Çingiz Mustafayev adına mədəniyyət mərkəzi yerləşən binanın yaxınlığında yolda təmizlik işləri aparan mərkəzin əməkdaşları, uzunluğu 1 metr-dən çox olan ilanla rastlaşıb. Bu sürünən ərazidə qarın üzərində tapılıb. Əvvəlcə ilanın hərəkətsiz olduğundan və havanın kifayət qədər şaxtalı olduğundan, onun ölü olduğunu güman ediblər. Amma ona toxunanda ilanın canlı olması hər kəsi heyrətləndirib.


Qış vaxtı tapılan ilan

Mütəxəssislər, sürünənlər sinfinə aid olan heyvanların, xüsusilə ilanların aprel- sentyabr aylarına qədər qidalandığını və ehtiyat piy qatı toplayıb, oktyabrdan sonra qış yuxusuna getdiyini bildirirlər. İlanın qış fəslində görünməsini adətən onların gizləndiyi yerdə, oyuqlarda narahatçılıq və təhlükə yaranması ilə bağlı həmin yerdən uzaqlaşaraq, yerdəyişməsi ilə əlaqələndirən mütəxəssis, bu sürünənin Qafqaz gürzəsi olduğunu, adi halda insana hucum etmədiyini və yalnız özünü qorumaq məqsədilə sancdığını deyir.


Şəkidə tapılan Qafqaz Gürzəsi

Mütəxəssis ehtimal edir ki, həmin ilan ətrafdakı binaların oyuqlarında gizlənərək qış yuxusuna gedib. Lakin hansısa bir insan və heyvanın müdaxiləsinə görə, özünü qorumaq və daha təhlükəsiz yerə getmək üçün yerdəyişmə etdiyi zaman qış fəslində küçədə ona təsadüf olunub.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR