Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib

Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib
14:47 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Dünyaya gələn körpə R.T.Ərdoğanın qızı Esranın 3-cü övladıdır. Esra-Berat Albayrak cütlüyünün Ahmet Akif və Mahinur adlı iki övladları var. Cütlüyün üçüncü övladı oğlandır.
Berat Albayrak Türkiyənin energetika və təbii ehtiyatlar naziridir.
R.T.Ərdoğanın oğlu Bilal və xanımı Reyyanın isə Ömər Tayyib (9 yaşında) və Ali Tahir (2 yaşında) adlarında iki oğulları var.
Məlumata görə, nəvəsi dünyaya gələn Türkiyə prezidenti bəzi rəsmi proqramlarını təxirə salıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/receb-tayyib-erdoganin-besinci-nevesi-dunyaya-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR