“Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib

14:53 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 10-da “Holiday Inn Baku” hotelində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İtaliyanın Insurance Engineering Services (IES) şirkətinin əməkdaşları tərəfindən “Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib.

ASA-dan Trend-ə verilən məlumata görə, seminar IES-in İtaliya nümayəndəliyinin rəhbəri Karlo Cuzeppe Maria Tozzi Spadoni və şirkətin Türkiyə nümayəndəliyinin meneceri Mustafa Yıldırım Saltık tərəfindın aparılıb.

Ekspertlər iştirakçılara əmlak zərərlərinin tənzimlənməsi, belə zərərlərin qiymətləndirmə metodları və əlaqədar tədbirlər, daşqın və yanğın zərərlərinin əsas bərpa texnikası üsulları, sənaye müəssisələrinin sığortasında dələduzluq faktlarının aşkarlanması, mövzularında təqdimatlar həyata keçiriblər.

Seminarda yerli sığorta şirkətlərinin 29 əməkdaşı iştirak edib.
Qeyd edək ki, İES şirkəti Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, İsveç və Rumıniyada fəaliyyət göstərir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2468439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR