Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
14:53 11 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəh, Xəqani küçəsi-1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Şirvan - 055-333-40-04

Hacıqabul - 055-797-76-96


Neftçala - 050-320-42-42


Saatlı - 055-211-56-50

Sabirabad - 050(55)-206-86-77

Salyan - 055-200-66-65

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR