"Fənər"də son söz kimindir? - FOTO

"Fənər"də son söz kimindir? - FOTO
14:57 11 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Dünən Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Seltik"lə qarşılaşan "Fənərbağça"nın prezidenti Əziz Yıldırım oyunun gedişində baş məşqçinin qərarlarına müdaxilə edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, oyunun 78-ci dəqiqəsində VİP lojadan qalxıb salona gedən klub sahibi ehtiyat oyunçular skamyasında oturan menecer Hasan Çətinkayaya zəng vurub.

Yıldırımın tapşırıqları Çətinkaya baş məşqçi Vitor Pereyraya çatdırıb. Məhz onların danışığından sonra Ozan Tufan meydana girib və komandanın yarımmüdafiə xəttinə kömək edib.

Xatırladaq ki, Əziz Yıldırım ötən mövsüm "Fənərbağça" - "Ərciyəsspor" oyununda da eyni addımı atmışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR