​Ərinin pullarını oğurlayaraq sevgilisinə verən qadına hökm oxunub

14:57 11 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Daha sonra məlum olub ki, əslində, oğurluğu N.Abdinovanın həyat yoldaşı Səbinə Abdinova edərək, pulları sevgi münasibətlərində olduğu K.Bəkirova verib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR