Azad Rəhimov vətəndaşları qəbul edəcək

Azad Rəhimov vətəndaşları qəbul edəcək
15:12 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəh, Xaqani küçəsi-1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Şirvan - 055-333-40-04

Hacıqabul - 055-797-76-96

Neftçala - 050-320-42-42

Saatlı - 055-211-56-50

Sabirabad - 050(55)-206-86-77

Salyan - 055-200-66-65

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR