Parlamentdə dava düşdü (VİDEO, FOTO)

Parlamentdə dava düşdü (VİDEO, FOTO)
15:21 11 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada Ali Radasında yenə dava düşüb. İclas zamanı partiyaların nümayaəndələri arasında yaranmış mübahisə əlbayaxa davaya keçib.

ANS PRESS-in məlumatına görə, qarşıdurma baş nazirin franksiya üzvlərindən ibarət "Xalq Cəbhəsi" partiyası ilə "Pyotr Poroşenko Bloku" arasında olub.


Arseniy Yatsenyukun tribunadan düşməsi

Parlament iclasında baş nazir Arseniy Yatsenyukun çıxışı zamanı deputatlar arasında anlaşılmazlıq yaşanıb.

İki partiya arasında toqquşmaya səbəb baş nazirin sözləri olub. Belə ki, nazir hökumətin koalisiyanın yaradılması nəticəsində formalaşdırıldığını qeyd edib. Buna görə də, blok öz nazirlərinin çıxışlarına görə, xüsusilə energetika və kömür sənayesi naziri Vladimir Demçişinın çıxışına görə məsuliyyət daşıyır. Bu davanın ilk qığılcımı olub.

Bu sözlərdən xoşu gəlməyən nazir əlində bir dəstə gül ilə tribunaya yaxınlaşıb. Onu vurub və qucağına alaraq tribunadan götürüb.


Ukrayna parlamentində dava

Bundan sonra Poroşenko blokunun lideri deputatlardan və baş nazirdən üzr istəyib. Davaya baxmayaraq Yasenyuk Nazirlər Kabinetinin hesabını dinləməyi təklif edib.

Maraqlısı odur ki, bənzər hallar Ukrayna parlamentində tez-tez dava düşür, deputatlar əlbəyaxa davaya çıxırlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR