Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
15:27 11 Dekabr 2015
11 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında başlayacaq.
Nazirlə görüşmək istəyən vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. 

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azad-rehimov-sirvanda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR