Nijni Novqorodda Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anım gecəsi keçirilib

Nijni Novqorodda Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anım gecəsi keçirilib
15:33 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Nijni Novqorod, 11 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar, Nijni Novqorodda anım gecəsi keçirilib. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin Nijni Novqorod Regional Bölməsi (ÜAK NRB) təşkilat edilib.
ÜAK NRB-nin icraçı direktoru Roman Ağayev gecəni açaraq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bu tədbirin iştirakçılarına və təşkilatçılarına ünvanlanmış məktubunu oxuyub.
R.Ağayev giriş sözündə qeyd edib ki, hər bir azərbaycanlı, onun vətəndaşlığından və yaşadığı ölkədən asılı olmayaraq, Heydər Əliyevin xatirəsini qəlbində yaşadır. ÜAK NRB-nin icraçı direktoru deyib: “Ulu öndərin şəxsiyyətinin miqyası, keçmiş SSRİ-nin bütün xalqlarının rifahı naminə onun qurucu əməyi Rusiyada da ehtiramla yad edilir. Əlamətdar haldır ki, Nijni Novqorod vilayətinin rəhbərliyi və ictimaiyyəti Heydər Əliyevi Azərbaycanın inkişaf və tərəqqi xəttinin müəllifi kimi tanıyır. Rusiyada yaşayan müxtəlif millətlərin nümayəndələrinin nəzərində Heydər Əliyev Azərbaycanın ən görkəmli, tanınmış və məşhur siyasətçisidir, çünki Heydər Əliyev fenomeni özlüyündə onun bu cür qəbul edilməsi üçün əsas verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin böyük işini o qədər uğurla davam etdirir ki, Azərbaycan rusiyalıların nəzərində Rusiya Federasiyası ilə dostluq və mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirməyə yönəlmiş müasir, stabil və firavanlasan dövlət kimi qəbul edilir. Biz isə ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını davam etdirmək üçün bundan sonra da hər cür səy göstərməyə hazırıq”.
Nijeqorod vilayəti Müsəlmanlarının Ruhani İdarəsinin (NVMRİ) sədri Həyaz-həzrət Zakirov ümummilli liderin adının etimologiyasına diqqəti cəlb edərək bildirib ki, bu adın mənası “irəlidə gedən” deməkdir. NVMRİ sədri deyib: “Bizim üçün - Rusiya müsəlmanları üçün Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onda ifadə olunur ki, hətta Sovet hakimiyyəti illərində də müsəlman dəyərləri şəraitində tərbiyə almış bu görkəmli siyasətçi SSRİ rəhbərliyində təmsil olunarkən islami adət və ənənələrin qorunub saxlanmasında çox böyük rol oynayıb. Biz bu böyük insanın xatirəsini ehtiramla yad edirik”.
Nijeqorod vilayətindəki Kstovo şəhərinin sakini Nina Utkina Heydər Əliyevlə bilavasitə ünsiyyətdən aldığı təəssüratları bölüşərək xatırlayıb ki, hələ Sovet dövründə Nina Utkinanın oğlu Bakıda, Azərbaycan Hərbi Dəniz Məktəbində oxuyarkən ona diplomu Heydər Əliyev təqdim edib.
Sonra Nijeorod vilayətindəki Özbək İcmasının sədrinin müavini Aleksandr Sileyenkov çıxış edib. o, Heydər Əliyevin bioqrafiyasından maraqlı faktlar misal gətirərək vurğulayıb ki, o, konkret əməli işlərlə xalqlar dostluğunun real möhkəmlənməsinə kömək edirdi. A. Sileyenkov deyib: “Heydər Əliyevin parlaq karyerasının siyasi tərkib hissəsi ilə yanaşı o, geniş tutumlu mədəniyyət anlayışının hər mənasında mədəniyyət vasitəsilə keçmiş Sovet İttifaqının bütün xalqları arasında xeyirxah, səmimi insani əlaqələrə öz əməli işləri ilə stimul yaradırdı”.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) əlaqələndiricisi Ramin Rəcəbov ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm tarixi mərhələləri üzərində diqqəti cəmləşdirərək onun Azərbaycan xalqı üçün xilaskar missiyasını xüsusi vurğulayıb . R. Rəcəbov deyib: “Əlamətdar haldır ki, Rusiyada RAGB sədri Leyla xanım Əliyeva başda olmaqla bu birlik çərçivəsində aparılan işlər Heydər Əliyev siyasətinin əyani nümunəsidir”.
Azərbaycana səfərdən yenicə qayıtmış E.Çirikov muzeyinin ictimai şurasının sədri, tanınmış ictimai xadim və yaradıcı ziyalıların nümayəndəsi Mixail Çirikov Azərbaycandakı Rus İcmasının vəziyyəti timsalında Heydər Əliyevin çoxmillətli Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb. M.Çirikov deyib: “Mən Azərbaycanda olarkən hər bir azərbaycanlının statusundan və mövqeyindən asılı olmayaraq Heydər Əliyev şəxsiyyətinə səmimi qəlbdən hörmət bəsləməsi məni həqiqətən sözün yaxşı mənasında heyrətləndirdi. Xalq öz ümummilli liderini xatırlayır və ehtiramla yad edir, onun xatirəsini qayğı ilə qoruyur. Azərbaycanda üzvlərinin sayına görə ən böyük icma olan rus icmasının nümayəndələri, habelə bu ölkədə yaşayan başqa amillərin nümayəndələri bir səslə təsdiq edirlər ki, məhz Heydər Əliyev Azərbaycanı hamı üçün və hər kəs üçün sabit və təhlükəsiz dövlətə çevirib, İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi bu prinsipə bu gün də dönmədən riayət edir, Azərbaycanı daha güclü və firavan dövlətə çevirir”.
Anım gecəsinin rəsmi hissəsindən sonra tədbir iştirakçıları “Mir” Dövlətlərarası Teleradio Şirkətində istehsal edilmiş “Heydər Əliyev. Qalibin yolu” filminə tamaşa ediblər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Nijni Novqorod




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40