Bacısının nişanlısını qətlə yetirənə 13 İL HƏBS

Bacısının nişanlısını qətlə yetirənə 13 İL HƏBS
15:34 11 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Elvin Cavadovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə,hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə E.Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi qətlə yetirib. İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısı ilə gedibmiş. O, gələcək qayınatası E.Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. E.Cavadov polisə könüllü təslim olub. O, ilkin ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR