​Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

​Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
15:47 11 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Hüseynov Bakıda bir neçə şəxsdən dələduzluq yollu ilə pul alıaraq qaytarmayıb. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub. A.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR